Sitat.info saytına istinadən ain.az xəbər verir.
İran hökumətinin sözçüsü Fatimə Mühacirani bildirib ki, ölkə heç vaxt nüvə bombası istehsalına doğru getməyəcək.
Sitat.info Tasnim News-a istinadən xəbər verir ki, onun sözlərinə görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi də son açıqlamasında İranın hərbi nüvə proqramına malik olmadığını vurğulayıb.Mühacirani İranın nüvə silahı istehsal etməməsinin üç səbəbini göstərib:
• ölkənin mədəni və tarixi dəyərlərinin belə bir yolla uzlaşmaması;
• dini etiqadlar və verilmiş fətvaya əsasən nüvə silahının istehsal və istifadəsinin qadağan olması;
• İran xalqının mənəvi və əxlaqi prinsipləri.Sözçü əlavə edib ki, İranın AEBA ilə əməkdaşlığı Ali Milli Təhlükəsizlik Şurasının nəzarəti altında həyata keçirilir və bütün addımlar milli maraqlara uyğun şəkildə atılır. Onun sözlərinə görə, bu məsələdə hökumət və parlament arasında tam razılıq və koordinasiya mövcuddur.
Sitat.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.