AZ

Maliyyə naziri gələn ildən mərhələli gəlir vergisi güzəştinin tətbiqinə aydınlıq gətirib

Maliyyə naziri Sahil Babayev gələn ildən mərhələli gəlir vergisi güzəştinin tətbiqinə aydınlıq gətirib.

APA xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı maliyyə naziri deyib ki, gəlir vergisinə tətbiq edilən güzəştin müddəti 2026-cı il yanvarın 1-dən bitirdi.

“14-25 %-lik gəlir vergisi tətbiq ediləcəkdi. Ancaq hökumətin yenə də tətbiq edəcəyi yeni güzəşt nəticəsində aşağı gəlir vergisi olacaq. Layihəyə əsasən, 2026-cı ildə aylıq gəliri 2 500 manata qədər olanlar 3 %, 2027-ci ildə 5 %, 2028-ci ildən isə 7 % vergi ödəyəcəklər. Bunun özü də çox böyük güzəştdir”.

Seçilən
25
8
apa.az

10Mənbələr