AZ

Gələn il büdcədə neftin 1 barelinin qiymətinin 65 dollardan götürülməsinə aydınlıq gətirilib

Maliyyə naziri Sahil Babayev gələn il büdcədə neftin 1 barelinin qiymətinin 65 dollardan götürülməsinə aydınlıq gətirib.

APA xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı maliyyə naziri deyib ki, 22 beynəlxalq təşkilatın rəqəmlərindən ibarət hovuz var.

“Bunlar əsasında illik neft qiymətini müəyyən edirik. Bütün proqnozlarda 22 təşkilatın konsensus qiyməti 65 dollardır. Bizim qoyduğumuz çərçivə konsensus qiymətlərindən bir az yuxarıdır. Neft aşağı düşsə, nə olacaq? Bu il ərzində neft qiyməti dəfələrlə aşağı düşüb. Amma 9 aylıq neftin satış qiymətinə baxanda müxtəlif dövrlərdə aşağı düşmələrə baxmayaraq, qiymət 72 dolların üzərində olub”, - deyə nazir bildirib.

Seçilən
37
6
apa.az

10Mənbələr