AZ

"Potensialımız yüksək yerlər üçün oynamağa imkan verir" - Felipe Santos

style='margin-bottom:10px;'>

“Oyun çətin keçdi. Komandamız heç də yaxşı çıxış etmədi. Rəqib isə əksinə, çox gözəl təsir bağışladı. Hesabda önə keçsək də, üstünlüyümüzü qoruya bilmədik. Yekunda xalsız qaldıq. Belə görünür ki, bu vəziyyəti dəyişmək üçün daha çox çalışmalıyıq”.

QOL.az saytına müsahibəsində bu sözləri “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Felipe Santos Misli Premyer Liqasının 10-cu turunda “Sumqayıt”a 2:3 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib. 

O, müdafiədə müəyyən səhvlərə yol verdiklərini bildirib: “Qol vurmaq baxımından problemimiz yoxdur. Son 3 görüşdə 6 qol vurmuşuq. Lakin qapımızdan da çox top buraxırıq. Halbuki komandamızda səviyyəli futbolçular cəmləşib. Bununla belə, “Sumqayıt” iki dəfə məhz səhvimizdən sonra fərqləndi. Bu, heç də yaxşı hal deyil”. 

Santos Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun qazonundan razılıq edib: “Stadion çox yaxşıdır. Qarşıdakı iki ev oyunumuzu burada keçirəcəyik. Bununla belə, mənim üçün “Liv Bona Dea Arena”da (stadionda təmir işləri gedir - red.) oynamaq daha rahatdır. Lakin indiki məqamda əlimizdən nəsə gəlmir. Qarşıdakı iki ev matçımız Sumqayıtdadır və qələbə qazanmalıyıq”. 

Braziliyalı futbolçu növbəti turda “Karvan-Yevlax”a mütləq qalib gəlməli olduqlarını vurğulayıb: “Bu məğlubiyyəti unutmalıyıq. Məşqlərdə çox ciddi hazırlaşmalıyıq. “Karvan-Yevlax” heç də zəif rəqib deyil. Lakin onlara mütləq qalib gəlməliyik. Həmin matçda 3 xala çox ehtiyacımız var”. 

F.Santos “Araz-Naxçıvan”ın potensialının yüksək olduğunu söyləyib: “Bunu mövsümün əvvəlində Konfrans Liqasında göstərdik. “Aris”ə qarşı oyunları çox yaxşı keçirmişdik. Komandamızın potensialı yüksək yerlər uğrunda mübarizə aparmağa imkan verir. Sadəcə hazırda bəzi itkilərimiz var. Bu da çıxışımıza təsirini göstərir”.   

Seçilən
17
1
teleqraf.com

2Mənbələr