Bakı. Trend:
Paytaxtın Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,zərərçəkmiş iki nəfər polisə müraciət edərək ümumilikdə 10000 manatdəyərində məişət əşyalarının talanmasını bildiriblər.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarıştədbirləri ilə V.Məmmədov və əvvəllər məhkum olunmuş R.Əliyevşübhəli şəxs qismində saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.