AZ

Bakı Qazax magistralında dizel daşıyan avtomobil beləı aşdı Video

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu gün saat 05:50 radələrində Bakı–Qazax avtomobil yolunun 248-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” Baş DYP İdarəsinə istinadən xəbər verir ki, İsmayıl İsmayılovun idarə etdiyi “Mercedes” markalı, 77-DU-358 nömrə nişanlı yük avtomobili yoldan çıxaraq aşıb. Hadisə yerinə dərhal DİN-in Baş DYP İdarəsinin əməkdaşları cəlb olunub. Görülən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində dizel yanacağı daşıyan nəqliyyat vasitəsinin yanmasının qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.

İdarə sürücülərə müraciət edərək bildirib ki, xüsusilə iri tonnajlı və yanacaq daşıyan nəqliyyat vasitələrinin idarə olunması zamanı yüksək diqqət, məsuliyyət və ehtiyatlılıq vacibdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
45
1
qafqazinfo.az

2Mənbələr