AZ

Hamam tualet tikən vətəndaşa cinayət işi açıldı

Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ağsu rayonunda hamam və tualet tikən vətəndaşa cinayət işi başlanıb.Bakupost.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Çiyni kəndi ərazisində baş verib. Kənd sakini Şahmar Abbasovun qardaşı Çiyni kənd Bələdiyyəsinə müraciət edərək, kənd ərazisindən ona 0,8 ha torpaq sahəsi ayrılmasını xahiş edib. Çiyni kənd Bələdiyyəsi ərizəyə baxıb, vətəndaşa torpaq sahəsinin ayrılmasına razılıq versə də, torpaq sahəsinin çıxarışının hazırlanmasına bir müddət vaxt lazım olub. Həmin vaxt Şahmar Abbasovun qardaşının səhhətində problem yarandığı üçün o, həmin torpaq sahəsindən imtina edib. Bu məqsədlə Ş.Abbasov özü bələdiyyəyə müraciət edərək, həmin torpaq sahəsinin oğlu üçün ayrılmasını xahiş edib və həmin ərazini hasarlayıb, həyətyanı sahədə hamam və ayaqyolu inşa edib.Torpaq sahəsinin sənədləşmə prosesi ərəfəsində Ş.Abbasovun qardaşı oğlu ilə qonşusu mübahisə edib və qonşu torpaq sahəsinin zəbt edilərək, içərisində qanunsuz tikinti aparılması barədə hüquq-mühafizə orqanlarına və İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edib.Aparılan araşdırmalar zamanı məlum olub ki, torpaq sahəsinin sənədləşmə prosesi tam başa çatmadığı halda, Ş.Abbasov həmin ərazidə qanunsuz tikinti aparıb.Faktla bağlı cinayət işi başlanıb və iş Ağsu Rayon Məhkəməsinə göndərilib.İş məhkəməyə göndərildiyi ərəfədə torpaq sahəsinin sənədləşmə prosesi başa çatıb və həyətyanı torpaq sahəsinə çıxarış verilib.Sənədlər qaydasında olduğu üçün məhkəmə cinayət işinə xitam verib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
www.bakupost.az

1Mənbələr