AZ

Pasiyentin ölümünə görə plastik cərraha CİNAYƏT İŞİ AÇILDI

Kiyevdə pasiyentin ölümünə görə plastik cərraha ittiham irəli sürülüb.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Kiyev polisi 28 yaşlı qadının bədən formasını böyütmə əməliyyatı zamanı ölməsi ilə bağlı istintaqı tamamlayaraq 50 yaşlı plastik cərraha qarşı rəsmi ittiham irəli sürüb. Hadisə 2023-cü ilin yayında baş verib.

Əməliyyat zamanı pasiyentə omba implantasiyası tətbiq edilərkən qadının ürəyi dayanıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

İstintaq müəyyən edib ki, cərrah tibbi protokolları pozub. O, anesteziya məhlulunu düzgün hazırlamayıb və nəticədə dərmanın dozası icazə verilən terapevtik normadan üç dəfə artıq olub.

Həkimə iki ilədək azadlıqdan məhrumetmə və tibbi fəaliyyətlə məşğul olmaq hüququnun məhdudlaşdırılması cəzası gözləyir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
35
interpress.az

1Mənbələr