AZ

Nijni Novqorodda PUA ların qalıqları yaşayış binalarının üzərinə düşüb

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Nijni Novqorod vilayətinə düşən Ukrayna dronlarının qalıqları üç fərdi evə və bir mənzil binasına ziyan vurub.

Bizimyol.info xəbər verir ki, vilayət qubernatoru Qleb Nikitin bu barədə "Telegram" kanalında məlumat verib.

İlkin məlumatlara görə, heç kim xəsarət almayıb. Mütəxəssislər hazırda dron qəzası yerində işləyir və hadisənin nəticələrini aradan qaldırırlar.

Nikitin dəqiqləşdirib ki, dron hücumu bölgənin Kstovski rayonunda dəf edilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları 4 noyabr gecəsi Rusiyanın səkkiz bölgəsinə hücum edib.

Voronej vilayətində 40, Nijni Novqorod vilayətində 20 və Belqorod vilayətində 10 pilotsuz təyyarə vurulub.

Kursk vilayətində daha altı, Lipetsk vilayətində dörd, Başqırdıstan və Volqoqrad vilayətində hər birində iki, Saratov vilayətində isə bir hədəf tutulub.

Daha əvvəl Sankt-Peterburqa gedən sərnişin təyyarəsi pilotsuz təyyarənin zərbəsi səbəbindən Tallində eniş etmək məcburiyyətində qalıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
icma.az

1Mənbələr