AZ

“Aston Martin” “Ferrari”nin keçmiş mühəndisini heyətinə cəlb edib

“Aston Martin” texniki heyətini daha da gücləndirib.

90deqiqe.Az “Motorsport Italia”ya istinadən xəbər verir ki,  komanda “Ferrari”nin keçmiş mühəndisi, simulyasiya və süni intellekt texnologiyaları üzrə ixtisaslaşmış Marko Faynello ilə müqavilə imzalayıb. 

61 yaşlı italiyalı mütəxəssis 13 illik fasilədən sonra Formula-1-ə qayıdır. O, “Aston Martin”də superkonsultant vəzifəsini icra edəcək və simulyasiya sistemlərinin inkişafını kurasiya edəcək.

Faynello “Ferrari”də 1995–2016-cı illərdə çalışıb, Mixael Şumaxer dövründə çempionluq layihələrində mühüm rol oynayıb, performans inkişafı üzrə direktor vəzifəsini tutub və komandanın ilk simulyatorunun yaradılmasına rəhbərlik edib.

Son illərdə o, Sybille adlı süni intellekt əsaslı alqoritm üzərində işləyib — bu sistem virtual testlərin dəqiqliyini artırmaq üçün hazırlanıb.

Xatırladaq ki, “Aston Martin” daha əvvəl də mühüm adlarla güclənib. Komanda əfsanəvi mühəndis Edrian Nyui və texniki direktor Enriko Kardileni heyətinə qatmışdı. Bu strategiya 2027-ci ildə yeni texniki reqlamentlərlə çempionluq uğrunda mübarizə aparmaq məqsədi daşıyır.

Seçilən
23
90deqiqe.az

1Mənbələr