AZ

Deputat: Büdcədən ayrılan vəsaitlərin istifadəsinə nəzarət gücləndirilməlidir

BAKI, 4 noyabr. TELEQRAF
Dövlət büdcəsində cari xərclərdə mədəniyyət ocaqlarınıntəmiri üçün büdcədən lazımi səviyyədə vəsait ayrılsa da, regionlarda mədəniyyət evlərinintəmiri aparılmır.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2026-cı il dövlət büdcə zərfinin müzakirəsi zamanıdeputat Azər Badamov deyib.
O qeyd edib ki, bu məsələlər seçicilərlə görüş zamanı qaldırılır və ciddi narahatçılıq ifadə olunur. “Ona görə də təklif edərdim ki, büdcədən ayrılan vəsaitin təyinatı üzrə xərclənməsinə nəzarət gücləndirilsə və bunun monitorinqi aparılsayaxşı olar”.
Deputat eyni vəziyyətin baytarlıq sahəsində də yaşandığınıqeyd edib. “Baytarlıq xərcləri üçün ayrılan 41, 9 milyon vəsaitin 22,6 milyon manatı vaksinlərin, dərmanların və digər məsələlər üçün nəzərdətutulub.Son vaxtlar heyvanlar arasındadabaq xəstəliyi iləciddi narahatçılıq yaradır.
Vaksinlərin, dərmanların alınması vacibdir. Amma alınan həmin vaksinlərin yerlərə çatdırılması və heyvanlara vurulmasında nəzarət çox zəifdir. Hesab edirəm ki, vaksinlərin alınıb və onlaırn yerlərdə istifadəsinə də nəzarət gücləndirilməlidir”.

Seçilən
44
teleqraf.com

1Mənbələr