AZ

Superliqa klubunun yeni baş məşqçisi açıqlanıb

Bakı, 4 noyabr, AZƏRTAC

Türkiyənin “Konyaspor” komandasının yeni baş məşqçisi məlum olub.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Çağdaş Atan gətirilib. Onunla imzalanacaq müqavilənin detalları açıqlanmayıb.

Konya təmsilçisini son olaraq Recep Uçar çalışdırıb.

Komanda Superliqada 11 turdan sonra 14 xalla 8-ci pillədə qərarlaşıb.

Seçilən
45
3
azertag.az

5Mənbələr