AZ

İngilislər Bakıda nə məşqə çıxacaq, nə də danışacaq

Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək "Qarabağ" – "Çelsi" (İngiltərə) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı bu gün saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Saat 18:00-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi isə Bakıda deyil İngiltərədə keçiriləcək.

Media mənsubları akkreditasiyalarını noyabrın 4-də saat 10:00-dan 16:30-dək Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat otağından götürə bilərlər.

Noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:45-də başlayacaq.

Seçilən
26
sportinfo.az

1Mənbələr