AZ

ATMU müsabiqə elan etdi

Azərbaycan Turizm və Menecment Universitetinin Elmi Şurasının  (bundan sonra - ATMU) 2025-ci il 11 sentyabr tarixli 01 nömrəli  Qərarı ilə təsdiq edilmiş “ATMU-nun “Turizm işinin təşkili” ixtisası bakalavriat səviyyəsi üzrə təhsil alan tələbələrinin xarici ölkələrdə istehsalat təcrübəsinin təşkili üçün vasitəçi şirkət seçimi meyarları”na müvafiq olaraq (bundan sonra – “Meyarlar”) vasitəçi şirkətlərin seçilməsi üçün müsabiqə elan edilir.

"Unikal" xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən vasitəçi şirkətlər aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər:

Şirkətin rəsmi qeydiyyat və lisenziya sənədləri;
Maliyyə sabitliyi və ödəniş qabiliyyətinin təsdiqi;
Əməkdaşlıq etdiyi müəssisələrin siyahısı və təsdiqedici sənədlər;
Təklif olunan təcrübə proqramının təsviri;
Təcrübəçilər üçün təminat və xidmətlərlə bağlı məlumat;
Əvvəlki analoji layihələr üzrə təcrübəni təsdiq edən arayış və rəylər.

Elektron müraciət formasını dolduran şirkətlərin ilkin tələblərə uyğunluğu yoxlanıldıqdan sonra müsabiqədə iştirak üçün yuxarıda qeyd olunan sənədlərin əsli tələb olunur.

Müsabiqədə iştirak etmək istəyən vasitəçi şirkətlər əsas şərtlər və meyarlar barədə aşağıdakı keçiddən ətraflı məlumat ala bilərlər: https://atmu.edu.az/upload/files/2025/11/03//f5f96025176216196935543862710257866.pdf 

Müraciətlərin qəbulunun başlama tarixi: 04 noyabr 2025-ci il 

Müraciətlərin qəbulunun bitmə tarixi: 04 dekabr 2025-ci il

Ünvan: Koroğlu Rəhimov küçəsi 822/23
Əlaqə: Tel: +994 12 564 42 33
Email: [email protected]
Poçt indeksi: AZ1072


https://www.facebook.com/photo/?fbid=1278908214275081&set=a.552001513632425
https://www.instagram.com/p/DQmFZNxDKX3/


 

Seçilən
29
unikal.az

1Mənbələr