Roma, 4 noyabr, AZƏRTAC
İtaliyanın paytaxtı Romada tarixi tikilinin bir hissəsinin uçması zamanı dağıntılar altında qalan və 11 saatlıq əməliyyat nəticəsində sağ çıxarılan işçi xəstəxanada vəfat edib.
AZƏRTAC xəbər verir ki, İmperator Forumundakı “Torre dei Konti” adlı tarixi tikilinin qismən çökməsinin dağıntıları altında qalan 66 yaşlı rumıniyalı işçini xilas etmək üçün mülki müdafiə qüvvələri gecə ərzində axtarış-xilasetmə əməliyyatı həyata keçirib. Dağıntılar altından sağ çıxarılan və təcili yardım maşını ilə xəstəxanaya aparılan Octay Stroici adlı işçinin bütün tibbi müdaxilələrə baxmayaraq orada öldüyü bildirilib.
İtaliyanın Baş naziri Ciorcia Meloni hadisə ilə bağlı verdiyi açıqlamada işçinin faciəli ölümü ilə bağlı özünün və hökumətin adından başsağlığı verib.
Xatırladaq ki, tarixi tikili aparılan bərpa işləri zamanı ötən gün iki dəfə uçub. Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.
Roma