İsveçin “Saab” şirkəti hava platformalarını və xidmətlərini “Dubai Airshow 2025” aviasiya sərgisi və şousunda nümayiş etdirəcək.
“Poliqon” “Saab”a istinadən xəbər verir ki, şirkət tərəfindən sərgidə ilk dəfə “Gripen E” döyüş təyyarəsi təqdim olunacaq.
“Gripen E” ilə yanaşı, “Saab” stendində “GlobalEye” havadan erkən xəbərdarlıq və nəzarət təyyarəsi (AEW&C – Airborne Early Warning and Control), “Giraffe 1X” radarı, qırıcılar üçün nəzərdə tutulmuş “Arexis” elektron müharibə sistemi, mülki və hərbi rəqəmsal qüllə sistemləri ailəsi ilə də yer alacaq.
Həmçinin ziyarətçilər “Dubai Airshow 2025”də şirkət stendinə yaxınlaşaraq “Saab” və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Tawazun” şurası tərəfindən birgə hazırlanan “Coast Control Radar” (sahilyanı radar sistemi) və “DeployNet” (təhlükəsiz hərbi rabitə sistemi) kimi məhsullar haqqında da daha ətraflı məlumat əldə edə biləcəklər.