AZ

Keçmiş NBA oyunçusu həbsdə məşhur reperlə birgə görüntüləndi

Keçmiş NBA basketbolçusu Sebastyan Telfer qalmaqallı reper Şon Kombsla (P. Diddy) birlikdə həbsxanada görüntülənib.

90deqiqe.Az “TMZ”ə istinadən xəbər verir ki, hər iki şəxs hazırda Nyu-Cersidə yerləşən cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə cəzasını çəkir. Onların hər ikisi Bruklindən olduqları bildirilir.

P. Diddy insan alveri və fahişəliyə cəlbetmə ittihamı ilə dörd il müddətinə həbs olunub. O, yaxşı davranış göstərdiyi halda 2028-ci ilin mayında vaxtından əvvəl azadlığa buraxıla bilər.

Telfer isə səhiyyə sahəsində fırıldaqçılıqla bağlı iş üzrə şərti azadlığa buraxılma qaydalarını pozduğu üçün altı aylıq cəza alıb.

Qeyd edək ki, Sebastyan Telfer 2004-cü ildə NBA Draftında “Portland Trail Blazers” tərəfindən seçilmişdi. Karyerası ərzində o, “Boston Celtics”, “Minnesota Timberwolves”, “LA Clippers”, “Cleveland Cavaliers”, “Phoenix Suns”, “Toronto Raptors” və “Oklahoma City Thunder” kimi klublarda çıxış edib, daha sonra isə karyerasını Çində başa vurub.

Seçilən
58
90deqiqe.az

1Mənbələr