AZ

Ermənilər Bakıya gələcəklər?

Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ötən gün açıqlamasında deyib ki, Azərbaycanla sülh prosesində vətəndaş cəmiyyətlərinin rolu vacibdir.

Tribunainfo.az xəbər verir ki, o, prosesin reallaşması üçün addımlar atıldığını da qeyd edib.

Qriqoryan deyib ki, Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri tezliklə Azərbaycana qarşılıqlı səfər edəcəklər. “Bu cür səfərlər və mübadilələr iki cəmiyyət arasında qarşılıqlı inam və anlaşmanın möhkəmlənməsinə, eyni zamanda Ermənistan və Azərbaycan arasında sülhün möhkəmlənməsinə töhfə verəcək”.

Fərda Uğur

Seçilən
35
tribunainfo.az

1Mənbələr