AZ

Türkiyə Netanyahu hökuməti ilə təmasda olmaq istəmir - "Aəzrbaycandan keçəcək enerji və ticarət dəhlizi..."

Hurriyyet.az xəbər verir ki, Türkiyənin "Hürriyet" nəşrinin yazdığına görə, Türkiyə rəhbərliyi indiki Baş nazir Binyamin Netanyahunun rəhbərlik elədiyi hökumət ilə əlaqə saxlamaq niyyətində deyil.

Qəzetin yazdığına görə, İsraildə yeni hökumətin qurulacağı halda, Akara üçün əsas amillər həm bu hökumətin ideologiyası, həm də apardığı siyasət olacaq.

"Hürriyet" qəzeti ABŞ-ın Ankaradakı səfiri və ABŞ Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakın "Türkiyə və İsrail bir-biri ilə vuruşmayacaq" açıqlamasına cavab olaraq belə bir yazı ilə çıxışı edib. Barrak iki ölkə arasında Xəzərdən Aralıq dənizinə qədər olan bölgədə əməkdaşlıq ehtimalından da danışıb.

Məqalənin müəllifi Hande Fırat yazıb: "Amerika rəsmiləri Barrakın açıqlamalarının sadəcə faktın qeyd edilməsi olmadığını vurğulayırlar. Onlar hesab edirlər ki, onun Türkiyə ilə İsrailin vuruşmamasını vurğulaması Vaşinqtonun iki ölkə arasında münaqişənin qarşısını almaq və Ankara ilə yeni İsrail hökuməti arasında yaxın illərdə əlaqələr qurmaq istəyini göstərir. Barrakın Xəzərdən Aralıq dənizinə qədər bölgədə əməkdaşlıqla bağlı dedikləri da təsadüfi deyil. Bu coğrafi xətt Azərbaycan, Türkiyə və İsrail arasında enerji və ticarət dəhlizinin yaradılmasını ifadə edə bilər".

Hürr Tərcüman

Seçilən
11
2
hurriyyet.az

3Mənbələr