Britaniyalı dietoloq Frensis Ralf saat 18:00-dan sonra bir məhsuldan imtina etməyi tövsiyə edib.
Redaktor.az xəbər verir ki, həkim bu barədə "Metro" nəşrinə açıqlamasında danışıb.
Mütəxəssis bildirib ki, axşam saatlarında tünd şokolad yemək yuxu keyfiyyətinə mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, bu məhsul tərkibində olan teobromin adlı maddəyə görə ürək döyüntülərini sürətləndirir və beynin fəaliyyətini aktivləşdirir. Bu stimullaşdırıcı maddə orqanizmdə 6-8 saat qalaraq sinir sistemini oyaq saxlaya bilər.
Ralf əlavə edib ki, tünd şokoladın tərkibində həm də kofein var. Onun sözlərinə görə, cəmi 23 qram tünd şokoladda kiçik bir fincan yaşıl çay qədər kofein mövcuddur.
Aytəkin TOFİQQIZI