AZ

Politoloq: Paşinyan anlayır ki, “geri dönüş” ideyası Rusiyanın təxribat alətidir

ain.az bildirir, Sherg.az portalına istinadən.

Natiq Miri: Qarabağ ermənilərinin qayıdışı mövzusu Paşinyan üçün siyasi tələdir

Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsində Azərbaycanın Qarabağ bölgəsindən könüllü gedən ermənilərin geriqayıdışı məsələsinin gündəmə gətirilməsini sülh üçün zərərli hesab edir.

O, bu barədə İrəvanda keçirilən forumda bildirib.

“Artıq söyləmişəm ki, geriqayıdış məsələsini sülh üçün zərərli hesab edirəm. Həmçinin bildirmişəm ki, onların qayıdışı məsələsi təhlükəlidir, çünki bu, münaqişənin ilkin parametrlərinə qayıtmaq deməkdir”, - Nikol Paşinyan qeyd edib.

Qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsindən könüllü çıxan ermənilər Ermənistanı tərk edərək Rusiyada, Fransada, Almaniyada, hətta Macarıstanda yaşamağa üstünlük verirlər. Bununla belə, bəzi qarabağlı ermənilərin ev sahibi olan ölkənin təklif etdiyi şərtlərə uyğunlaşmayaraq, qısa müddətdən sonra Ermənistana qayıtdıqları bildirilir.

Politoloq Natiq Miri Sherg.az-a deyib ki, Paşinyanın bundan əvvəl də eyni istiqamətdə konkret fikirlər səsləndirmişdi:

"Bu, həmin açıqlamanın mahiyyətcə davamı və təkrarıdır. Sözügedən mövqe real sülh prosesinə adekvat yanaşmadır. Çünki bu məsələnin gündəmə gətirilməsi Azərbaycan-Ermənistan sülh prosesinə zərər verə bilər. Çünki Nikol Paşinyan anlayır ki, bu mövzu ilk növbədə müxalifət-Qarabağ klanı, Rusiyanın dəstəklədiyi revanşist qüvvələr və həmçinin kilsə tərəfindən onun hökumətinə qarşı alət kimi istifadə ediləcək. Könüllü şəkildə Qarabağdan çıxmış ermənilərin qayıdışı məsələsi sadə məsələ deyil. Onlar Qarabağa Azərbaycan vətəndaşlığını qəbul edən şəxslər kimi deyil, “müstəqil” və qondarma “Artsax Respublikasının vətəndaşı” kimi qayıtmaq istəyirlər. Məhz bu səbəbdən məsələnin Paşinyan hökuməti səviyyəsində bu şəkildə gündəmə gətirilməsi mümkün görünmür. Bu, birbaşa şəkildə Azərbaycana qarşı yenidən ərazi iddiası deməkdir. Artıq Nikol Paşinyan hökuməti bu məsələni bitmiş hesab edir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, eləcə də Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu rəsmən tanıyıb. Bu, həm 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanan sənədlərdə təsbit olunub və paraflanıb.

Yəni, geriyə dönüş yoxdur. Bu məsələnin yenidən gündəmə gətirilməsi sülh prosesinə zərər vurmaqla yanaşı, Azərbaycan-Ermənistan münasibətlərini yenidən gərginləşdirə bilər. Regionda sülh mühiti formalaşdığı bir vaxtda, niyə yenidən geriyə qayıdış olsun ki? Paşinyan hökumətinin bunu qəbul etməsi də inandırıcı görünmür".

Analitik vurğulayıb ki, Paşinyan dəfələrlə bəyan edib ki, Qarabağ problemi süni şəkildə yaradılıb:

 "Bu, əslində Ermənistanın da zərərinə olub. Onun fikrincə, Sovet İttifaqı dağıldıqdan sonra Rusiya bu münaqişəni süni şəkildə davam etdirərək həm Azərbaycana, həm də Ermənistana təsir imkanlarını qoruyub saxlayıb. Bu, reallığa əsaslanan mövqedir. Ona görə də Paşinyan bu məsələnin yenidən gündəmə gətirilməsini zərərli və beynəlxalq hüquqa zidd hesab edir. O, bu mövzunun aktuallaşmasına imkan vermək niyyətində deyil  gələcəkdə də şərait yaratmayacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
sherg.az

2Mənbələr