AZ

Forum iştirakçısı: Bu forumlar xalqlarımız arasında mədəni birliyi daha da gücləndirir

Antalya, 4 noyabr, Gülay Nəzərova, AZƏRTAC

Mədəniyyət xalqları bir-birinə tanıdan, birləşdirən ən güclü vasitədir. Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu türk xalqlarının ortaq dəyərlərinin paylaşılması və yeni mədəni layihələrin formalaşması üçün nadir bir imkan yaratdı. Bu cür forumlar xalqlarımız arasında mədəni birliyi daha da gücləndirir, yeni əməkdaşlıqlara yol açır.

Bunu AZƏRTAC-a açıqlamasında forumun iştirakçısı, incəsənət nümayəndəsi Roza İbadova deyib.

O qeyd edib ki, gələcəkdə Azərbaycan və Türkiyə arasında mədəni layihələrin sayının artırılması, gənclərin bu prosesdə fəal iştirakı mühüm əhəmiyyət daşıyır: “İnanıram ki, bu forum təkcə bugünkü görüş deyil, gələcəkdə də bir çox ortaq təşəbbüslərin başlanğıcı olacaq. Azərbaycan və Türkiyənin mədəni irsi bir-birinə dayaqdır və biz bu birliyi qoruyub gələcək nəsillərə ötürməliyik”.

Seçilən
28
3
azertag.az

4Mənbələr