Türk dövlətlərinin 1 trilyon dollardan çox ticarət həcmi var, amma öz aralarındakı ticarət 70 milyard dolları ötmür.
APA xəbər verir ki, bunu TDT Ağsaqqallar Şuraaının sədri Binəli Yıldırım Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının 18-ci iclasında jurnalistlərə açıqlamasında deyib.
“Türk dövlətlərinin çox böyük potensialı var, lakin bu zənginliyi öz aralarında bölüşmürlər və üçüncü ölkələrə verirlər. Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının, müvafiq nazirlərin, mülki cəmiyyət qurumlarının əsas qayəsi birliyimizi gücləndirmək və ehtiyaclarımızı əvvəlcə öz aramızda həll edilməsini təmin etməkdir”, - o qeyd edib.
Binəli Yıldırım Türk coğrafiyasının strateji bölgə olduğunu və buna görə də ölkələrimizin üzərinə uzunmüddətli əməkdaşlıqla bağlı məsuliyyət düşdüyünə diqqət çəkib.