AZ

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru vergi daxilolmalarında proqnozu üstələyib

BAKI, 4 oyabr. TELEQRAF

İqtisadi artımın və şəffaflaşmanın davam etməsi şəraitində cari ilin 9 ayında vergi daxilolmaları üzrə proqnoz tapşırığı 105,2% icra edilməklə proqnozdan əlavə dövlət büdcəsinə 614,2 milyon manat vəsait daxil olub.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Qeyri-neft-qaz sektoru üzrə proqnoz tapşırığı 103,0% icra olunmuş, proqnozdan əlavə sektordan dövlət büdcəsinə 265,7 mln. manatdan çox vəsait daxil olmuşdur.
Cari ilin 9 ayında qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə vergi daxilolmaları 10%-dən çox artmış, özəl bölmənin qeyri-neft-qaz vergi daxilolmalarında payı 77%-i ötüb.

Vergi daxilolmaları ilə yanaşı, sosial sığorta yığımları üzrə də yüksək artım dinamikası müşahidə olunur. Cari ilin 9 ayında təkcə məcburi dövlət sosial sığortası üzrə daxilolmalarınproqnozu 107,6%- icra edilərək 4,7 milyardmanat vəsait daxil olub. Daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artıb.

Seçilən
40
teleqraf.com

1Mənbələr