Hazırda yüksək olan Günəş alovunun aktivliyi daha da artacaq.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.
"24 saatlıq proqnoz: Geomaqnit şərait pozulub. Məşəl aktivliyi yüksəkdir, daha da artması gözlənilir", - deyə Laboratoriyanın "Telegram" kanalında yayılan mesajda deyilir.
Qeyd olunur ki, son 24 saat ərzində geomaqnit vəziyyəti qismən pozulub, məşəl aktivliyi yüksək olub.