AZ

Mikayıl Cabbarov: "Dünya iqtisadiyyatının inkişafı üzrə qeyri-müəyyənliklər hələ də qalır"

"Qlobal iqtisadiyyata mənfi təsirlərin gözləniləndən nisbətən aşağı səviyyədə olması, ticarət zəncirlərinin yenidən qurulması, ABŞ ilə digər ölkələr arasında yeni ticarət razılaşmalarının əldə olunması kimi amillər nəzərə alınaraq Beynəlxalq Valyuta Fondu (BVF) oktyabr hesabatında əvvəlki (iyul) hesabatla müqayisədə qlobal iqtisadi artım tempini 0.2 faiz bəndi artıraraq cari ildə 3.2%, növbəti ildə isə sabit saxlayaraq 3.1% artacağını proqnozlaşdırıb".

Moderator.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, BVF son proqnozlarında nisbətən pozitiv dəyişikliklər etsə də, bu artım templəri pandemiyadan əvvəlki illərin orta artım tempindən aşağıdır:

"Eyni zamanda, dünya iqtisadiyyatının inkişafı üzrə qeyri-müəyyənliklərin hələ də qaldığını qeyd etmək lazımdır".

Seçilən
37
1
moderator.az

2Mənbələr