AZ

Nazir: Son beş il ərzində qeyri-neft ÜDM-i 37 milyard manat artıb

Bakı, 4 noyabr, AZƏRTAC

2026-cı ilin əsas makroiqtisadi göstəricilərinə görə, ümumi daxili məhsul (ÜDM) 134,1 milyard manat səviyyəsində proqnozlaşdırılır ki, bu da 2025-ci illə müqayisədə 2,9 faiz real artımı ifadə edir.

AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı söyləyib.

O bildirib ki, son beş il ərzində ÜDM nominal ifadədə 36,7 milyard manat (39,3 faiz), real ifadədə isə 19 faiz artıb.

“Qeyri-neft ÜDM-i isə 101,7 milyard manat proqnozlaşdırılır və bu, 2025-ci illə müqayisədə 5 faiz real artım deməkdir. Son beş il ərzində qeyri-neft ÜDM nominal ifadədə 36 milyard manat (62,7 faiz), real ifadədə isə 34 faiz artıb”, - deyə nazir əlavə edib.

Seçilən
15
5
azertag.az

6Mənbələr