Lənkəranda 60 yaşlı kişi əməliyyatdan sonra dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, hadisə oktyabrın 28-də Lənkəran Rayon Mərkəzi Xəstəxanasında baş verib.
Rayon sakini, 1965-ci il təvəllüdlü Şiyavuş Fərəculla oğlu Rzayev yırtıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib və əməliyyata götürülüb.
Mərhumun həyat yoldaşı Azadə Rzayevanın sözlərinə görə, əməliyyatı İshaq adlı cərrah aparıb:
“Əməliyyatdan sonra yoldaşımın vəziyyəti pisləşdi. Öyrəndik ki, bağırsağı zədələnib və bu, daxili zəhərlənməyə səbəb olub. Xəstəxananın digər həkimləri ikinci əməliyyat etsələr də, artıq gec idi. Həyatını xilas etmək mümkün olmadı.”
Meyit müayinədən keçirilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta