AZ

Nazir: Büdcədə ölkənin müdafiə qabiliyyəti tam nəzərə alınıb

2026-cı ilin büdcə paketi çərçivəsində ölkəmizin müdafiə qabiliyyəti və təhlükəsizliyinin təminatı üçün müvafiq tədbirlər tam şəkildə nəzərə alınıb.


Ölkə.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Dövlət başçımızın hər zaman bəyan etdiyi hər bir azərbaycanlının sosial rifahının təmin edilməsi istiqamətində də tədbirlər tam şəkildə müəyyən olunub və sosial tədbirlərin tam maliyyəşdirilməsi nəzərdə tutulub: "Digər bizim ana hədəfimiz Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı ilə bağlı görülən tədbirlərdir və bu çərçivədə Böyük qayıdış proqramı, həbelə digər bölmələr çərçivəsində işğaldan azad olunmuş ərazilərimizin bərpa edilməsi, ora vətəndaşlarımızın təhlükəsiz şəkildə köçürülməsi və onların firavan həyatına şərait yaradılması üçün bütün tədbirlər müəyyən olunub. Paralel olaraq, ölkə iqtisadiyyatının inkişafı, davamlı kapital qoyuluşunun təmin edilməsi, infrastrukturun daha da yaxşılaşdırılması istiqamətində tədbirlər də ölkə başçısının müvafiq tapışıqlarına uyğun olaraq büdcə paketində nəzərə alınıb", - nazir qeyd edib.

 Mürtəza

Seçilən
33
1
olke.az

2Mənbələr