AZ

Xəzərin suyunun çəkilməsi ilə bağlı PROBLEM Gəmilərə yük 30% az yüklənir

ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2003-cü ildən bu günə qədər Xəzər dənizində suyun səviyyəsi 2.7 metr azalıb.

Bunu Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) mətbuat katibi Mehman Mehdiyev BAKU.WS-in sorğusuna cavab olaraq deyib.

Onun sözlərinə görə, Xəzər dənizində suyun səviyyəsinin azalma tempi 2006-2009-cu illər ərzində ildə təxminən 10 sm, 2009-cu ildən etibarən isə ildə təxminən 20 sm təşkil edib. Ümumilikdə, 2003-cü il ilə müqayisədə dəniz suyunun səviyyəsində 2.7 metr azalma müşahidə edilir.

QSC rəsmisi deyir ki, Xəzər dənizində suyun səviyyəsinin azalması nəticəsində limanlarda dərinlik azalıb ki, bu da gəmilərin tam yüklənməsinə imkan vermir. Nəticədə nəqliyyat vasitələrinə yüklər əvvəlkindən 2 dəfəyə yaxın az yüklənir.

"Belə ki, daşınan yükün növü və daşıma istiqamətindən asılı olaraq, bərə gəmiləri təxminən 40%-ə qədər, tankerlər təxminən 45%-ə qədər, quru yük gəmiləri isə təxminən 30%-ə qədər az yüklənirlər. Bununla əlaqədar, limanlarda mütəmadi olaraq dibdərinləşdirmə işlərinin aparılmasına ehtiyac vardır".

Banu Hüseynli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
2
baku.ws

3Mənbələr