AZ

Sürücü ikinci cərgədə dayanıb yolu kəsdi, sərnişin isə qapını açıb təhlükə yaratdı VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan sürücü və sərnişinin videosu avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsində qeydə alınıb. Belə ki, 90-PD-019 qeydiyyat nişanlı "VAZ" markalı avtomobilin sürücüsü qarşıda boş yerlərin olmasına baxmayaraq ikinci cərgədə dayanıb. Sürücü qaydaları pozaraq hərəkət zolağını zəbt edib. Eyni zamanda avtomobilə qadağan olunmuş istiqamətdən minən sərnişin heç nəyə əhəmiyyət verməyərək qapını açıb. Bu zaman görüntünü qeydə alan avtomobilin qarşısını kəsərək təhlükə yaradıb.

Qeyd edək ki, sərnişinlər avtomobilə yalnız hərəkət hissəsinin kənarından minib-düşə bilərlər.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
avtosfer.az

1Mənbələr