AZ

Azərbaycana yönəldilmiş birbaşa xarici investisiyaların həcmi artıb - İqtisadiyyat naziri

Cari ilin doqquz ayında qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən sahələr üzrə əlavə dəyərin artımı müsbət olub. Belə ki, sənaye sektorunda artım 5 faiz, turizm və ictimai iaşə sahəsində 9,3 faiz, informasiya və rabitə sahəsində 6,7 faiz, ticarət sahəsində 3,2 faiz, nəqliyyat sektorunda isə 2,1 faiz təşkil edib. SİA xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 4-də keçirilən iclasında söyləyib.

O bildirib ki, cari ilin ilk altı ayı ərzində 2024-cü ilin eyni dövrü ilə müqayisədə ölkəyə yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 8,2 faiz artıb, qeyri-neft-qaz sektoru üzrə isə 25,4 faiz artım qeydə alınıb.

Nazir qeyd edib ki, ötən doqquz ayda əsas kapitala 13 milyard manat vəsait yönəldilib, qeyri-neft-qaz sektoru üzrə əsas kapitala yatırılan investisiyaların həcmi 7,5 faiz artıb.

Seçilən
34
5
sia.az

6Mənbələr