AZ

Tanınmış bloger İrəvanda GÜLLƏLƏNDİ

Bloger və Vətəndaş Müqaviləsi Partiyasının üzvü Şmavon Atoyan İrəvanda qətlə yetirilib. Hadisə ilə bağlı şübhəli şəxs saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, 25 oktyabr saat 00:35-də (Bakı vaxtı ilə) Ermənistan Daxili İşlər Nazirliyinə Davtaşen, 3-cü blok, 11-ci ünvanda atışma və zərərçəkmiş barədə məlumat daxil olub.

Polis hadisə yerinə çatmamışdan əvvəl, zərərçəkənin Davtaşen Polis İdarəsinin xəstəxanasından "qarın nahiyəsindən güllə yarası və ürək dayanması" diaqnozu ilə Ermənistan Tibb Mərkəzinə aparıldığı bildirilib.

O, saat 02:50-də reanimasiya şöbəsində huşunu itirmədən dünyasını dəyişib. Polis onun Şmavon Atoyan olduğunu təsdiqləyib.

Atoyan hökumətyönlü nəşrlərlə tanınan blogger və Vətəndaş Müqaviləsi Partiyasının Davtaşen ərazi təşkilatının üzvü olub.

Yerevan Cinayət Polisi aparılan istintaq tədbirləri nəticəsində şübhəli şəxs kimi paytaxtın 30 yaşlı sakini saxlayıb.

Musavat.com

Seçilən
10
1
musavat.com

2Mənbələr