AZ

Ayaz Hüseynov: “Məqsədimiz keyfiyyətli müalicəyə əlçatanlıqdır”

TƏBİB-in dəstəyilə "Medinex" sərgisinin işgüzar proqramı çərçivəsində “Hemofiliyanın multidisiplinar müalicəsinə dair” seminar keçirilib.

QHT.az xəbər verir ki, Hemofiliyalı Xəstələrin Assosiasiyasının sədri Ayaz Hüseynovun moderatorluğunda baş tutan seminarda o, bildirib ki, Hemofiliyalı Xəstələrin Assosiasiyası qanın laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşların maraqlarını təmsil etmək məqsədi ilə yaradılıb:

“Assosiasiya üzv olduğu Dünya Hemofiliya Federasiyasının və Avropa Hemofiliya Konsorsiumunun kriteriyalarına əsaslanaraq inkişaf etmiş ölkələrin səhiyyə təcrübəsini Azərbaycanda tətbiq edir. Ölkədə hemofiliyalı və digər qanda laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşlara yüksək keyfiyyətli müalicənin əlçatanlığının təmin edilməsi məqsədilə müvafiq dövlət qurumları ilə birgə fəaliyyət göstərir”.

Seçilən
34
qht.az

1Mənbələr