AZ

Hesablama Palatası: Büdcə xərclərinin funksional təsnifatı üzrə uyğunsuzluq 236 milyon manatdan çoxdur

525.az saytına istinadən ain.az xəbər verir.

Dövlət büdcəsinin xərclərinin funksional təsnifatı üzrə cəmi uyğunsuzluq məbləği 236,3 milyon manat təşkil edir.

525.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, Hesablama Palatası əvvəlki rəylərində qeyd edilmiş əksər uyğunsuzluqların təqdim edilmiş layihədə aradan qaldırıldığını qeyd etməklə yanaşı, bəzi istiqamətlər üzrə xərclərin nəzərdə tutulmasının, uçotunun və hesabatlılığının vahid büdcə təsnifatına uyğunlaşdırılmasının vacibliyini bildirir. Hesablama Palatasının tövsiyələri nəticəsində 2026-cı ilin dövlət büdcəsində xərclərin nəzərdə tutulması ilə bağlı uyğunsuzluqların əhəmiyyətli hissəsi aradan qaldırılıb.

Qeyd edilib ki, lakin bu istiqamətdə atılan addımlar fonunda bəzi uyğunsuzluqlar hələ də qalmaqdadır. Belə ki, bəzi hallarda xərclər vahid büdcə təsnifatı ilə müəyyən edilən funksional və iqtisadi təsnifatın müvafiq istiqamətlərində (müvafiq təsnifatın bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddəsində) nəzərdə tutulmaq əvəzinə digər istiqamətlərdə nəzərdə tutulur. Bu uyğunsuzluqlar bəzi hallarda qanun layihəsində əks etdirilən göstəricilərə də təsir göstərməkdədir.

Dövlət büdcəsinin xərclərinin funksional təsnifatı üzrə cəmi uyğunsuzluq məbləği 236,3 milyon manat təşkil edir ki, bunun da 160,4 milyon manatı qanun layihəsinə təsir göstərə bilən uyğunsuzluqlardır. Bu uyğunsuzluqlar növbəti və sonrakı büdcə illərinin büdcələrinin tərtibi zamanı nəzərə alınması üçün müvafiq dövlət orqanına göndərilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
525.az

1Mənbələr