AZ

Cənubi Koreya 2035-ci ilə qədər nüvə sualtı qayığı tikmək niyyətində olduğunu açıqlayıb

Cənubi Koreya 2030-cu illərin ortalarına və ya sonlarına qədər yerli texnologiya ilə nüvə enerjisi ilə işləyən sualtı qayıq inşa edə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmisi Prezident Li Ce Myonqun iştirak etdiyi iclasda məlumat verib.

Rəsmilərin sözlərinə görə, ABŞ ilə nüvə yanacağı məsələsində razılıq əldə olunarsa, layihənin tikintisinə 2020-ci illərin ikinci yarısında başlanacaq.

İlk gəminin suya buraxılması isə 2030-cu illərin ortalarına planlaşdırılır.

Müdafiə Nazirliyinin Maddi Təminat Agentliyinin direktoru Von Çonq-de bildirib ki, Koreya Respublikası artıq nüvə sualtı qayığı üçün əsas texnologiyalara malikdir və onların təhlükəsizliyi sınaqdan keçirilir.

O vurğulayıb ki, Cənubi Koreya qeyri-nüvə sualtı qayıqlarının istehsalında dünya səviyyəli təcrübə qazanıb.

Ötən həftə Koreya Hərbi Dəniz Qüvvələrinin komandanı Kanq Donq-gil də bildirib ki, nüvə sualtı qayığının tikintisi təxminən 10 il çəkə bilər.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl Li Ce Myonqun müraciətinə cavab olaraq Cənubi Koreyaya ABŞ gəmiqayırma zavodunda nüvə sualtı qayığı inşa etməyə icazə verməyə hazır olduğunu bəyan etmişdi.

Seçilən
48
1
operativmm.az

2Mənbələr