AZ

“Azərbaycanı Naxçıvanla birləşdirəcək yolun inşası barədə ABŞ ilə danışıqlar aparırıq”

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Ermənistan və ABŞ Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmir yolunun inşası barədə danışıqlar aparır”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda “Orbeli: sülhün və çoxtərəfli əməkdaşlığın qurulması” beynəlxalq forumunda çıxış edərkən danışıb. 

“Biz hazırda amerikalı tərəfdaşlarımızla Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək dəmir yolunun inşasını müzakirə edirik. Nəyə görə məhz ABŞ ilə? Çünki bu TRIPP layihəsinin ayrılmaz hissəsidir”, - Paşinyan qeyd edib.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
44
3
cebheinfo.az

4Mənbələr