AZ

Bu universitetə 6 milyon ayrılır - RƏSMİ

2025/2026-cı tədris ilindən fəaliyyətə başlayacaq və mühəndislik, tibb ixtisasları olmaqla 300 nəfər tələbənin təhsil alacağı "Azərbaycan-Türkiyə birgə Universiteti"nin fəaliyyətinin növbəti ildə təmin edilməsi məqsədilə 6,0 milyon manat vəsait proqnozlaşdırılıb.

Day.Az xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Qeyd edək ki, növbəti il üzrə təhsil xərclərinə 5015,9 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2025- ci illə müqayisədə 78,6 milyon manat və ya 1,6 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 625,8 milyon manat və ya 14,3 faiz çoxdur.

Seçilən
47
day.az

1Mənbələr