AZ

Gələn il orta illik inflyasiyanın 4,8% olacağı proqnozlaşdırılır

BAKI, 4 noyabr. TELEQRAF

2025-ci ilin dövlət büdcəsi layihəsində orta illik inflyasiya 4,6% proqnozlaşdırılmış, 2026-cı ilin büdcə layihəsi tərtib olunan zaman 2025-ci ilin gözlənilən rəqəmi 5,4%-ə yüksəldilmişdir.

Teleqraf xəbər verir ki, bu 2026-cı il dövlət büdcəsi layihəsinə Hesablama Palatasının rəyində qeyd edilib.

Dəqiqləşdirilmənin əsas səbəbləri kimi cari ilin ötən dövründə faktiki inflyasiya, dünya üzrə əmtəə və ərzaq qiymətləri və bunun idxal qiymətlərinə təsiri, həmçinin tənzimlənən mal və xidmət tariflərindəki dəyişikliklər göstərilmişdir.

Hesablama Palatası təhlillərlə inflyasiyanın gözlənilən rəqəmdən az olmayacağı (nisbətən yüksək olacağı) qənaətinə gəlmişdir.

Təqdim olunan “Büdcə zərfi”nə əsasən, növbəti ildə orta illik inflyasiyanın 4,8% olacağı proqnozlaşdırılır. Hesabat dövründə qiymətləri dövlət tərəfindən tənzimlənən bəzi məhsul və xidmətlərin qiymət artımının laq effekti, eləcə də cari ilin gözlənilən rəqəmi nəzərə alındıqda, növbəti il üzrə inflyasiyanın proqnozlaşdırılması zamanı optimist yanaşmanın tətbiq edildiyi qənaətinə gəlinir.

Seçilən
17
1
teleqraf.com

4Mənbələr