AZ

KİV: Tramp noyabrın 18-də Ağ Evdə Səudiyyə Ərəbistanı şahzadəsini qəbul edəcək » AzadMedia.az


ABŞ Prezidenti Donald Tramp noyabrın 18-də Ağ Evdə Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudu qəbul edəcək.

Bu barədə "Reuters" Vaşinqton administrasiyasının rəsmisinə istinadən məlumat yayıb.

Nəşrdə qeyd edildiyi kimi, vəliəhd ABŞ-a Vaşinqtonun Ər-Riyadın İbrahim razılaşmalarına qoşulması üçün təzyiq göstərdiyi bir vaxtda səfər edəcək.

Ağ Ev hələlik səfərlə bağlı rəsmi açıqlama verməyib. Agentlik də daha ətraflı məlumat yaymayıb.

Amerika administrasiyası dəfələrlə vurğulayıb ki, o, Səudiyyə Ərəbistanının, ilk növbədə, İbrahim razılaşmalarına qoşulmasını təmin etməyə çalışır.
Seçilən
19
2
azadmedia.az

3Mənbələr