AZ

Qəzzaya yerləşdiriləcək sülhməramlı qüvvələr formalaşır

Yazını böyüt
Yazını kiçilt

İsrailin qanun pozuntularına baxmayaraq, Qəzzada atəşkəs davam edir. Diqqət hazırda sülhməramlı qüvvələrdə iştirak edən ölkələrin və onların rollarının müəyyənləşdirilməsinə yönəlib. Lakin bu sahədə irəliləyiş hələlik gözləntiləri doğrultmayıb.

Hafta.az-ın yazdığına görə, Həmas Qəzzanın müharibədən sonrakı administrasiyasında rol oynamaq qabiliyyətini qoruyub saxlayıb və artıq bəzi ərazilərdə nəzarəti ələ keçirib.

Sülhməramlı qüvvələr üçün bölgəyə qoşun göndərən ölkələrin Həmas-la münaqişə ehtimalından ehtiyat etdiyi bildirilib.

Həmçinin bildirilib ki, Həmas bu yaxınlarda Misir kəşfiyyatı ilə görüşüb, təşkilatın yalnız Qəzzanın sərhədlərində fəaliyyət göstərəcək və onlarla əlaqə qurmayacaq sülhməramlı qüvvəyə icazə vermək niyyətini vurğulayıb.

Lakin İsrail və ABŞ Həmas-ın müharibədən sonra Qəzzada heç bir rol oynaya bilməyəcəyini deyirlər.

Rəsmi Qahirə sülhməramlı qüvvələrə rəhbərlik edəcək. Hesabata görə, ABŞ tərəfindən yoxlanılacaq, Misir və İordaniyada təlim keçəcək fələstinlilərin Qəzzada xarici qoşunlarla əlaqələndirilmiş şəkildə xidmət etməsi planlaşdırılır. Könüllü ölkələrin 5 min nəfərlik beynəlxalq sülhməramlı qüvvə yaratmağı planlaşdırdığı və bu qüvvənin təlim keçəcək 2 min – 3 min nəfərlik Fələstin qrupu ilə birlikdə işləyəcəyi iddia edilirdi.

Brüsseldə yerləşən Beynəlxalq Böhran Qrupu beyin mərkəzinin BMT-dəki direktoru Riçard Qovan deyib: “Heç bir hökumət, xüsusən də ərəb və müsəlman dünyasından olan hökumətlər, qoşunlarını ora göndərəndə onlara “Siz İsrailin nümayəndəsi kimi çıxış edirsiniz” deyilməsini istəmirlər. Hər kəs güc tətbiq edə bilən bir işçi qrupunun yaradılmasına ehtiyacı görməzdən gəlir. Bu vəzifə həm əməliyyat, həm də imic baxımından həqiqətən çətin olacaq”.

Misirlə yanaşı, sülhməramlı qüvvələrə qoşulmaq ehtimalı yüksək olan ölkələr arasında Türkiyə, Azərbaycan, İndoneziya və Pakistanın da adı sadalanır.

Lakin İsrailin Baş naziri Benyamin Netanyahu ötən həftə təhlükəsizlik qüvvələrinə hansı ölkələrin qoşulacağına qərar verəcəklərini bildirib. Netanyahu həmçinin bunun ABŞ tərəfindən qəbul edildiyini diqqətə çatdırıb.

Bu arada, “Haaretz” qəzetində dərc olunan bir təhlildə deyilir ki, “Əgər Tramp Qəzzaya türk qoşunlarının göndərilməsini istəsə, vəziyyət dəyişə bilər”. Zvi Barelin yazdığı məqalədə prezident Rəcəb Tayyib Ərdoğanla Tramp arasındakı yaxınlaşmanın və Türkiyənin Həmas-ı atəşkəs və girov mübadiləsi sazişini imzalamağa razı salmasının Ankaranın əlini gücləndirdiyi bildirilir.

Seçilən
54
hafta.az

1Mənbələr