AZ

ÜST səhiyyəyə ayrılan qlobal vəsaitin 40 faiz azalmasının ciddi fəsadları barədə xəbərdarlıq edib

Bakı, 4 noyabr, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bazar ertəsi günü xəbərdarlıq edib ki, xarici səhiyyə yardımının 2025-ci ildə 2023-cü illə müqayisədə 30%-dən 40%-ə qədər azalması aşağı və orta gəlirli ölkələrdə vacib səhiyyə xidmətlərinə mənfi təsir göstərir.

AZƏRTAC təşkilatın bəyanatına istinadla xəbər verir ki, bu ilin mart ayında toplanan sorğu məlumatlarına görə, bəzi ölkələrdə maliyyə vəsaitinin kəskin azalması analara qulluq, peyvəndlər, xəstəliklərə nəzarət və fövqəladə hallara hazırlıq xidmətlərinə çıxışı 70%-ə qədər azaldır.

ÜST-nin 108 ölkədə apardığı araşdırmalar göstərir ki, 50-dən çox ölkə səhiyyə işçiləri arasında iş yerlərinin itirilməsi və təlim proqramlarının kəsilməsi barədə məlumat verib. Təşkilatın Baş direktoru Tedros Adhanom Gebreyesus bildirib: “Yardımın qəfil kəsilməsi bir çox ölkəyə ağır zərbə vurub, həyatlara son qoyub və çətinliklə qazanılan səhiyyə nailiyyətlərini təhlükəyə atıb. Lakin böhranda ölkələr üçün yardım asılılığından daxili resurslara əsaslanaraq davamlı özünəinam səviyyəsinə keçmək üçün bir fürsət var”.

Təşkilatın məlumatına görə, builki maliyyə kəsintiləri ölkələr üçün illərdir davam edən problemləri, o cümlədən artan borc yükü, inflyasiya, iqtisadi qeyri-müəyyənlik, sistemli büdcə vəsaitlərinin çatışmazlığı və xarici yardımdan asılılığı daha da çətinləşdirib.

Təlimatda ölkələrdən ən yoxsul insanların müraciət etdiyi səhiyyə xidmətlərinə üstünlük verilməsi, səhiyyə büdcələrini və vacib səhiyyə xidmətlərinin qorunması, daha yaxşı təchizat yolu ilə səmərəliliyin artırılması, xərclərin və strateji satınalmaların azaldılması, xərclənən hər dollara ən böyük sağlamlığa təsir göstərən xidmət və məhsullara üstünlük vermək üçün səhiyyə texnologiyaları qiymətləndirmələrindən istifadə olunması tələb edilib.

ÜST bildirib ki, Nigeriya, Keniya, Cənubi Afrika, Qana və Uqanda kimi ölkələr artıq səhiyyə büdcələrini artırmaq və maliyyələşdirmə sistemlərində islahatlar aparmaq üçün addımlar atıblar.

 

Seçilən
38
1
azertag.az

2Mənbələr