MİNGƏÇEVİR, 4 noyabr. TELEQRAF
Mingəçevirdə minik avtomobilləri toqquşub, yaralananlar var.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Şuşa küçəsində baş verib.
"VAZ 21015" və "VAZ 2199" markalı avtomaşınların toqquşması nəticəsində müxtəlif bədən xəsarətləri alan 3 yaralı təcili xəstəxanaya çatdırıllb.
Faktla bağlı araşdırma başlanıb.