AZ

Palata: Gələn il inflyasiya gözləniləndən yüksək olacaq

2025-ci ilin 9 ayında istehsalçı qiymətləri üzrə indekslərin artım tempi sürətlənmiş, bu qiymət indeksləri orta illik qiymətləndirmədə qeyri neft-qaz sənayesi üzrə 4,6% (əvvəlki ilin müvafiq dövrü üzrə 2,4%), kənd təsərrüfatı məhsulları üzrə 9,0% (əvvəlki ilin müvafiq dövrü üzrə 3,7%) artmışdır.
2025-ci ilin dövlət büdcəsi layihəsində orta illik inflyasiya 4,6% proqnozlaşdırılmış, 2026-cı ilin büdcə layihəsi tərtib olunan zaman 2025-ci ilin gözlənilən rəqəmi 5,4%-ə yüksəldilmişdir. Dəqiqləşdirilmənin əsas səbəbləri kimi cari ilin ötən dövründə faktiki inflyasiya, dünya üzrə əmtəə və ərzaq qiymətləri və bunun idxal qiymətlərinə təsiri, həmçinin tənzimlənən mal və xidmət
dəyişikliklər göstərilmişdir. Hesablama Palatası təhlillərlə inflyasiyanın gözlənilən rəqəmdən az olmayacağı (nisbətən yüksək olacağı) qənaətinə gəlmişdir.
Təqdim olunan “Büdcə zərfi”nə əsasən, növbəti ildə orta illik inflyasiyanın 4,8% olacağı proqnozlaşdırılır. Hesabat dövründə qiymətləri dövlət tərəfindən tənzimlənən bəzi məhsul və xidmətlərin qiymət artımının laq effekti, eləcə də cari ilin gözlənilən rəqəmi nəzərə alındıqda, növbəti il üzrə inflyasiyanın proqnozlaşdırılması zamanı optimist yanaşmanın tətbiq edildiyi qənaətinə gəlinir.

Seçilən
57
2
teleqraf.com

4Mənbələr