AZ

Prezident dəyişən geosiyasi və texnoloji mühitə uyğun yeni prioritetləri önə çıxardı- ÖZƏL

"Prezident cənab İlham Əliyev AMEA-nın 80 illiyindəki çıxışında elmi və texnoloji inkişafı milli suverenlik və təhlükəsizlik konsepsiyasının mərkəzinə yerləşdirdi". "Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Dövlətin elm, texnologiya və milli təhlükəsizlik arasında qurduğu yeni balansın konturlarını ortaya qoydu. O, öz çıxışında həm Heydər Əliyev xəttinin ardıcıllığını vurğuladı, həm də dəyişən geosiyasi və texnoloji mühitə uyğun yeni prioritetləri -süni intellekt, kibertəhlükəsizlik, hərbi-sənaye kompleksi, bərpaolunan enerji və geoloji kəşfiyyatı ön plana çıxardı.

Şəffaf idarəetmə, ölçülə bilən hədəflər və beynəlxalq standartlara uyğun qiymətləndirmə ilə bu prioritetlər real innovasiyaya, iqtisadi dəyərə və cəmiyyət üçün hiss olunan faydaya çevriləcəkdir. Elm-sənaye inteqrasiyası, istedad ekosisteminin gücləndirilməsi və dil-tarix xəttində ardıcıl siyasət bu vizyonun dayaq sütunları olacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
17
olaylar.az

1Mənbələr