AZ

Tehran şəhərinin su ehtiyatı tükənir

Tehran

İranın paytaxtı Tehran bəndlərdə su ehtiyatının azalması səbəbindən iki həftə ərzində ciddi su böhranı ilə üzləşə bilər.

Reyting.az
xəbər verir ki, artıq İranın rəsmi qurumları bu məsələyə ciddi yanaşır.

İran mətbuatına danışan Tehran Su İdarəsinin baş direktoru Behzad Parsanın sözlərinə görə, şəhərin əsas su anbarı olan Əmir Kəbir bəndində hazırda yalnız 14 milyon kubmetr su qalıb ki, bu da bəndin tutumunun yalnız 8 faizini təşkil edir.

Parsa xəbərdarlıq edib ki, bənd hazırkı tutumunda Tehrana maksimum iki həftə daha su verə bilər. Parsa deyib ki, bu kəskin azalmaya əsas səbəb yağışın azalmasıdır.

Bu arada, Tehran və Əlborz əyalətlərini su ilə təmin edən beş əsas bəndin demək olar ki, hamısında su ehtiyatı kəskin azalıb.

Qeyd edək ki, Tehranı əsasən su ilə beş bənd təmin edir: Lar, Məmlu, Əmir Kəbir, Talikan və Latyan, bunlardan ən böyüyü Əmir Kəbir bəndidir.

İranda son beş ildə yağıntı əhəmiyyətli dərəcədə azalır. Meteoroloji məlumatlar göstərir ki, bu il Tehrana mövsümi orta göstəricilərdən təxminən 40 faiz az yağıntı düşüb.

Xüsusilə yaz və yay aylarında yağışın demək olar ki, tamamilə olmaması bəndlərdəki su anbarlarının boşalmasına səbəb olub. Bu, təkcə səth sularının deyil, həm də yeraltı su ehtiyatlarının əhəmiyyətli dərəcədə tükənməsi ilə nəticələnib.

V. QULİYEV
Seçilən
22
1
reyting.az

2Mənbələr