AZ

Strateji valyuta ehtiyatları xarici borcu 17 dəfə üstələyir

Azərbaycanın strateji valyuta ehtiyatları 1 oktyabr 2025-ci il tarixinə 81,5 milyard ABŞ dolları təşkil edib və bu göstərici ölkənin xarici dövlət borcunu təxminən 17 dəfə üstələyir. Bu barədə maliyyə naziri Sahil Babayev məlumat verib.

Nazirin sözlərinə görə, 2026-cı ildə Dövlət Neft Fondunun gəlir və xərcləri balanslaşdırılmış olacaq — hər biri 7,7 milyard dollar səviyyəsində proqnozlaşdırılır. 

Neftin 1 barrelinin 65 dollar qiyməti ilə ehtiyatların azalması gözlənilmir.

Babayev bildirib ki, ARDNF-dən dövlət büdcəsinə transfert 2025-ci ildə təqribən 1 milyard dollar (1,65 milyard manat) azaldılıb. 

2029-cu ilədək isə transfertlərin daha 1,55 milyard dollar azaldılaraq 6 milyard dollara endirilməsi planlaşdırılır.

N.Təbrizli

Seçilən
25
anews.az

1Mənbələr