Gələn il manatın məzənnəsinin sabit qalacağı gözlənilir.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Azər Əmiraslanov deyib.
Komitə bildirib ki, iqtisadiyyatımızda müşahidə edilən ciddi struktur dəyişiklikləri büdcə zərfində də görünür./APA
Tarix: 4 Noyabr 2025, 11:37