LƏNKƏRAN, 4 noyabr. TELEQRAF
Lənkəranda 60 yaşlı kişinin əməliyyatdan sonra vəfat etdiyi bildirilir.
Teleqraf-ın Cənub bürosunun məlumatına görə, oktyabrın 28-də Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yırtıq diaqnozu ilə müraciət edən şəhər sakini, 1965-ci il təvəllüdlü ŞiyavuşFərəculla oğlu Rzayev əməliyyat olunub.
Mərhumun həyat yoldaşı Azadə Rzayevanın sözlərinə görə, əməliyyatı həkim İshaq aparıb və elə həmin gün ərinin vəziyyəti pisləşib: “Həkim səhlənkarlığı olub. Öyrəndik ki, yoldaşımın bağırsağı deşilib, nəticədə qarnı şişib və zəhərlənmə baş verib. Xəstəxananın digər həkimləri iki gün əvvəl yenidən əməliyyat etsələr də, artıq gec idi. Yoldaşımın həyatını xilas etmək mümkün olmadı. Əməliyyatdan sonra həkim İshaqı xəstəxanada tapa bilmirik. Yoldaşımın ölümünə birbaşa o səbəb olub.”
Meyit ekspertiza üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.