AZ

Çində uçan avtomobillərin sınaq istehsalı başlanıb

Bakı, 4 noyabr, AZƏRTAC

Çinin elektrokar istehsalçısı “XPeng Aridge” Quançjoudakı zavodunda “Land Aircraft Carrier” uçan avtomobillərin sınaq istehsalına başladığını elan edib.

AZƏRTAC xəbər verir ki, istehsalçı gələcəkdə ildə 10 minədək uçan avtomobilin istehsalını planlaşdırır. Bu modellərin kütləvi istehsalı və satışı 2026-cı ildə həyata keçiriləcək.

Qeyd edək ki, sentyabr ayında Çində hava şousunun məşqi zamanı “XPeng” şirkətinin iki uçan avtomobili havada toqquşub. Onlardan biri zədəsiz yerə ensə də, digəri alovlanıb.

 

Seçilən
17
5
azertag.az

6Mənbələr